AZ

Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu

Bakının Səbail rayonunda avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Publika.az-a verilən məlumata görə, “Toyota Prado” markalı, 01 CJ 733 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Pərviz Elşad oğlu Muradov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
24
publika.az

10Mənbələr