AZ

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Füzuli, 29 aprel, Aydın Yavərzadə, AZƏRTAC

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 39 ailə olmaqla, 153 nəfər Füzuli sakini doğma yurduna qovuşub.

Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.

Bununla da Füzuli şəhərində 822 ailənin, yəni 3132 nəfərin məskunlaşması təmin olunub.

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

12:11

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan və respublikanın müxtəlif bölgələrindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 39 ailə olmaqla, 153 nəfər Füzuli sakini öz yurduna qovuşub.

Bugünkü köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Bakıdan 27 ailə (110 nəfər), Sumqayıtdan 5 ailə (14 nəfər), Füzulidən 3 ailə (10 nəfər), Şamaxıdan 2 ailə (8 nəfər), Abşerondan 1 ailə (7 nəfər), Yevlaxdan 1 ailə (4 nəfər) doğma yurduna qovuşub.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən ailələr Qaradağ rayonunun “Qobu Park-3” köçkün şəhərciyindən yola salınıb, Yevlax şəhəri, Füzuli və Şamaxı rayonundan yola salınan ailələr isə Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət ediblər.

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.

Bununla da Füzuli şəhərində 822 ailənin, yəni 3132 nəfərin məskunlaşması təmin edilib.

Seçilən
135
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
460
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
399
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
323
Azərbaycanda bu məhsul bahalaşdı
305
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
285
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
269
Helikopter qəzası ilə bağlı yeni xəbər
267
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
262
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
261
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
235
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
233
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
227
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
217
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
196
Həlak olan şəxslər sabah dəfn olunacaq
193
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
187
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
168
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
166
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
158
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
138