AZ

Ukrayna futbolunun əfsanəsi öldü

Kiyev “Dinamo”sunun əfsanəvi futbolçusu və Ukrayna millisinin sabiq baş məşqçisi Mixail Fomenko vəfat edib.

Publika.az xəbər verir ki, o, 75 yaşında həyatla vidalaşıb.

Fomenko futbolçu karyerası ərzində “Zarya” və “Dinamo”da çıxış edib. O, 1972-ci ildən 1978-ci ilə kimi kiyevlilərin şərəfini qoruyub. “Ağ-göylər”in heyətində 3 dəfə SSRİ çempionu olub, Kuboklar Kubokunu və UEFA Super Kubokunu qazanıb.

Ukraynalı mütəxəssis məşqçilik karyerası ərzində “Dinamo”, “Metallist”, “Veres” və digər klublara rəhbərlik edib.

Fomenko 2012-2016-cı illərdə Ukrayna millisinə də rəhbərlik edib. O, “mavi-sarıları” Avro-2016-ya çıxarıb. Turnirdə iştirak etdikdən sonra təqaüdə çıxıb.

Seçilən
42
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq