AZ

“Zirə”nin sabiq müdafiəçisi vəfat edib

“Zirə”nin sabiq futbolçusu Jozef Bum vəfat edib.

Offsideplus.az xəbər verir ki, kamerunlu müdafiəçi 34 yaşında dünyasını dəyişib.

Futbolçunun ölüm səbəbi açıqlanmayıb. O, karyerası ərzində “Tatlısu”, “Mersin İdman Yurdu” və “Antalyaspor” klublarında da forma geyinib.

Qeyd edək ki, Bum “Zirə”də 2017-18-ci illərdə çıxış edib. O, qəsəbə təmsilçisində 17 matça çıxıb.

Seçilən
62
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq