AZ

Bu ölkədə zəif parolları olan ağıllı cihazlar qadağan ediləcək

Artıq cihazlarda parol kimi \"12345\" istifadə etməyə icazə verilmir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyada yeni qanunlara əsasən, zəif parolları olan ağıllı cihazlar qadağan ediləcək.
 
Elm, İnnovasiya və Texnologiya Nazirliyi istehlakçıları hakerlik və kiberhücumlardan qorumaq üçün tədbirlərin bazar ertəsi qüvvəyə minəcəyini bildirib.

Qanunla; Telefonlar, televizorlar və ağıllı qapı zəngləri istehsalçılarından artıq qanuni olaraq internetə qoşulan cihazları kibercinayətkarların girişindən qorumaq tələb olunacaq.
 
İstehsalçıların həmçinin cihazla əlaqəli səhvlər və problemlərin bildirilməsi və təhlükəsizlik yeniləmələrinin vaxtı ilə bağlı şəffaf olması üçün əlaqə məlumatlarını dərc etmələri gözlənilir.

Mikayıl

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
11
Mənbələr
Şərh ()
Bağla