AZ

İvanişvili genişmiqyaslı mitinq keçirəcək

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi sabah parlamentin plenar sessiyasında ikinci oxunuşda müzakirə olunacaq.APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə parlamentin Hüquqi məsələlər komitəsinin sədri Anri Oxanaşvili bildirib. O, müxalifəti sessiyanın bu gün keçiriləcəyinə dair dezinformasiya yaymaqda ittiham edib.Qeyd edək ki, “Gürcü Arzusu” bu gün “qanun layihəsinə ictimai dəstəyi göstərmək” məqsədilə parlament binası qarşısında genişmiqyaslı mitinq keçirəcək. Mitinqdə partiyanın təsisçisi Bidzina İvanişvilinin də iştirak edəcəyi bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50
Mənbələr
Şərh ()
Bağla