AZ

Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq

Gürcüstan parlamentinin Hüquq Komissiyası mayın 13-də keçiriləcək iclasında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə üçüncü oxunuşda baxacaq.

Ednews Report-a istinadən xəbər verir ki, komissiyanın iclası saat 09:00-a təyin edilib.

Üçüncü iclasda yalnız texniki və redaksiya dəyişiklikləri edilə bilər.

Qanun layihəsinin plenar iclasda üçüncü oxunuşda müzakirəyə çıxarılacağı tarixə gəlincə, bu barədə qərar büro tərəfindən veriləcək.

Qeyd edək ki, bu həftə parlament “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyəcək. Bu zaman parlamentdə baxış prosesi başa çatacaq və layihə imzalanmaq üçün Prezidentə təqdim olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
2

1Mənbələr

Şərh ()
Bağla