AZ

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a uduzdu

Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, günün sonuncu matçında çempion "Qarabağ" "Sumqayıt"ın qonağı olub.

Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə bitib. Yeganə qolu 70-ci dəqiqədə Roi Kehat vurub.

Xallarının sayını 50-yə çatdıran "Sumqayıt" ikinci sıradakı "Neftçi"yə çatıb. "Qarabağ"ın 73 xalı var.

XXXII turda "Neftçi" "Turan Tovuz"u (3:0), "Sabah" "Səbail"i, "Kəpəz" "Qəbələ"ni (1:0) məğlub edib. Aprelin 29-da "Zirə" evdə "Araz-Naxçıvan"la üz-üzə gələcək.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
13
teleqraf.com

10Mənbələr