AZ

"Qarabağ" "Sumqayıt"a uduzdu

Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, günün sonuncu matçında çempion "Qarabağ" "Sumqayıt"ın qonağı olub.

Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə bitib. Yeganə qolu 70-ci dəqiqədə Roi Kehat vurub.

Xallarının sayını 50-yə çatdıran "Sumqayıt" ikinci sıradakı "Neftçi"yə çatıb. "Qarabağ"ın 73 xalı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
13
publika.az

10Mənbələr