AZ

"Sumqayıt" "Qarabağ"la oyunda hesabı açdı - Yenilənir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

style='margin-bottom:10px;'>

 Misli Premyer Liqasında 32-ci turun oyunları davam edir.

QOL.az xəbər verir ki, bu günə nəzərdə tutulan 3 matçdan ikisi başa çatıb.

Əvvəlcə "Qəbələ" "Kəpəz"i qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Qəbələ"nin mövsümü sonuncu pillədə başa vuracağı rəsmiləşib və reqlamentə görə komanda elitanı tərk etməlidir. Ancaq bununla bağlı son qərarı AFFA İcraiyyə Komitəsi verəcək. "Kəpəz" isə xallarını 34-ə çatdırıb və ən azı bir günlük də olsa, "Araz-Naxçıvan"ı qabaqlayaraq 8-ci yerə yüksəlib.

Turun digər görüşündə "Turan Tovuz" "Neftçi"nin qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatb - 3:0. Xallarını 50-ə çatdıran "ağ-qaralar" "Zirə"ni qabaqlayaraq 2-ci yerə yüksəlib. Ancaq "Zirə"nin sabah "Araz-Naxçıvan"la oyunu var.

Günün son qarşılaşmasına çempionluğu rəsmiləşdirən "Qarabağ" səfərdə "Sumqayıt"la üz-üzə gələcək.

Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Araz-Naxçıvan" oyunu ilə yekun vurulacaq.

28 aprel (bazar)

20:00. “Sumqayıt” –“ Qarabağ” - 1:0 (İkinci hissə)

Qol: Roi Kehat, 70
Hakimlər: Rauf Cabarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
M.H. adına Sumqayıt şəhər stadionu

17:45. “Neftçi” – “Turan Tovuz” - 3:0 

Qol: Filip Ozobiç, 15. Yuri Matias, 31-pen. Rəhman Hacıyev, 70-pen.

Qırmızı vərəqə: Bruno Qonçalves, 62 ("Turan Tovuz")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
“Neftçi Arena”

15:30. “Qəbələ” – “Kəpəz” - 0:1 

Qol: Martins Junior, 7

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
Qəbələ şəhər stadionu
 

29 aprel (bazar ertəsi)

19:00. “Zirə”– “Araz-Naxçıvan”
Hakimlər:
Cavid Cəlilov, Eyyub İbrahimov, Asiman Əzizli, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu

27 aprel (şənbə)

“Sabah” – “Səbail” - 2:0

N Klublar O Q H M T-F X
1 Qarabağ 31 23 4 4 85-31 73
2 Neftçi 32 14 8 10 43-33 50
3 Zirə 31 13 10 8 29-19 49
4 Sabah 32 14 7 11 46-38 49
5 Sumqayıt 31 12 11 8 32-34 47
6 Səbail 32 11 9 12 47-51 42
7 Turan Tovuz 32 11 9 12 47-47 42
8 Kəpəz 32 9 7 16 37-59 34
9 Araz-Naxçıvan 31 8 8 15 28-44 32
10 Qəbələ 32 4 5 23 23-61 17

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol
Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

 

Seçilən
162
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
492
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
410
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
347
Azərbaycanda bu məhsul bahalaşdı
342
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
317
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
299
Helikopter qəzası ilə bağlı yeni xəbər
287
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
287
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
273
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
271
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
258
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
248
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
245
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
218
Həlak olan şəxslər sabah dəfn olunacaq
210
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
207
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
191
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
176
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
165
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
144