AZ

Göygöldə çətin keçilən ərazidən 1 nəfərin meyiti çıxarıldı

Göygöl rayonu, Qızılca kəndində çətin keçilən ərazidən 1 nəfərin meyiti çıxarılıb.

Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit çətin keçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Tapılan meyitin kənd sakini 1969-cu il təvəllüdlü Fazil Bayramova məxsus olduğu məlum olub.

Onun ölüm səbəbi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır. (Report)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
13
musavat.com

10Mənbələr