AZ

Göygöldə 55 yaşlı kişinin meyiti tapıldı


Göygöl rayonu, Qızılca kəndində çətinkeçilən ərazidən 1 nəfərin meyiti çıxarılıb.

News24.az xəbər verir ki, Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit çətinkeçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Tapılan meyitin kənd sakini 1969-cu il təvəllüdlü Fazil Bayramova məxsus olduğu məlum olub.

Onun ölüm səbəbi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.


Seçilən
72
9
news24.az

10Mənbələr