AZ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyinə görə "Opel" markalı avtomobilin sürücüsü C.Həsənov saxlanılaraq şöbəyə gətirilib. Yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib.Sürücü barəsində inzibati protokol tərtib edilərərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
28
Mənbələr
Şərh ()
Bağla