AZ

Mask gözlənilmədən Çinə səfərə getdi

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb.

Agentlik bildirib ki, “Tesla”nın baş direktorunun “elektromobil istehsalçısı üçün ikinci ən böyük bazara” səfəri öncədən planlaşdırılmamışdı. Mask ölkəyə tam avtonom avtomobillər üçün proqram təminatının təqdim edilməsini nəzərdən keçirmək məqsədilə yüksək səviyyəli Çin rəsmiləri ilə görüşməyi planlaşdırır.

Bundan başqa, iş adamı Çində toplanmış verilənlərin xaricə ötürülməsi üçün icazə almağı gözdən keçirir. Bu, avtonom sürücülük alqoritmlərini öyrətmək üçün lazımdır.


Müəllif: Mənbə/Report

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
9
Mənbələr
Şərh ()
Bağla