AZ

Azərbaycanın mülki əhalisi hər gün Ermənistanın yerləşdirdiyi minalarla üzləşir - Hikmət Hacıyev - FOTO

Demək olar ki, hər gün Azərbaycanın mülki əhalisi Ermənistanın yerləşdirdiyi mina təhlükəsi ilə üzləşir.

Day.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "X" səhifəsində yazıb.

"Demək olar ki, hər gün Azərbaycanın mülki əhalisi ölümcül "müharibə qalıqları" - Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bu gün daha bir partlayış baş verib, nəticədə ANAMA-nın əməkdaşı ağır xəsarət alıb", - deyə H.Hacıyev qeyd edib.

Qeyd edək ki, aprelin 27-də ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

  • Azərbaycanın
  • Azərbaycanın

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
3
Mənbələr
Şərh ()
Bağla