AZ

ABŞ Rusiyanın heyfini Çindən almağa hazırdır

Dövlət katibi Antoni Blinken ABŞ-ın Rusiyaya ikili təyinatlı malların tədarükünü dayandırmayacağı təqdirdə Çinə qarşı məhdudlaşdırıcı tədbirlər görməyə hazır olduğunu açıqlayıb. O qeyd edib ki, bu mövzu Pekində Çin sədri Si Cinpin və xarici işlər naziri Van İ ilə danışıqlarda müzakirə olunub.
“Bugünkü müzakirələr zamanı mən ÇXR-in Rusiyanın Ukraynaya qarşı tə­cavüzünü gücləndirən komponentlərin tədarükü ilə bağlı ciddi narahatlığımızı təkrarladım. Əgər Çin tərəfdən heç bir tədbir görülməsə, biz hərəkətə keçməyə tam hazırıq”, - deyə cənab Blinken mət­buat konfransında bildirib. O xatırladıb ki, ABŞ bundan əvvəl də Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Konfrans ABŞ Dövlət Departamentinin “YouTube” kanalında yayımlanıb.
ABŞ dövlət katibinin sözlərinə görə, Çin Rusiyanın müdafiə sənayesi komp­leksinin yaradılması üçün istifadə etdiyi dəzgahlar və mikroelektronika, eləcə də digər ikili təyinatlı malların ən böyük tə­darükçüsüdür. O hesab edir ki, Çin Ru­siyaya yardımı davam etdirərkən Qərb ölkələri ilə yaxşı münasibətlərə can ata bilməz.
Antoni Blinkenin Çinə səfəri ərəfəsin­də “The Wall Street Journal” məqalə dərc edib və burada xüsusilə qeyd olunub ki, Rusiya-Ukrayna hərbi münaqişəsinin başlanmasından sonra Çin Rusiya Fe­derasiyasına elektron sxemlərin, təyyarə hissələrinin, maşın və maşın alətlərinin əsas təchizatçısına çevrilib. Çin bankları Rusiyaya kommersiya ixracatında əsas vasitəçilər kimi göstərilib. Nəşrin mən­bələri ABŞ-ın onlara qarşı sanksiyalar tətbiq etməyə hazırlaşdığını iddia edib.
Çin Xarici İşlər Nazirliyi nəşri şərh edərkən bildirib ki, Çin digər ölkələrlə bərabərlik və qarşılıqlı fayda əsasında normal ticarət-iqtisadi fəaliyyət göstər­mək hüququna malikdir. Cənab Blinkenlə görüşündə Van İ ABŞ-ı Çinin suverenliyi və təhlükəsizliyi ilə bağlı qırmızı xətləri keçməkdən çəkindirib.
S.ELAYXQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
16409
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12093
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9768
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3821
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3334
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3004
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2829
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2429
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2024
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2000
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1445
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1042
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
941
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
940
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
923
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
912
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
790
Mayın ilk gününün havası açıqlanıb
787
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721