AZ

Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi

Ruanda soyqırımı 1994-cü ildə törədilən bir Fransa əməliyyatı idi.

Bunu Ruandanın Ankaradakı səfiri (Azərbaycanın qeyri-rezident səfiri) Çarlz Kayonqa Ruanda soyqırımının 30 illiyini anma mərasimindən sonra "Report"un Türkiyə bürosuna açıqlamasında deyib.

Səfir bildirib ki, 30 il öncə Afrikanın bəzi ölkələrində soyqırımı sanki bir ideologiya halını almışdı: "1994-cü ildə Ruanda soyqırımında tutsilər dəhşətli qırğına məruz qalıblar. Gənc, qoca, kişi, qadın, körpə və hətta ana bətnində olanlar belə təsəvvür olunmaz şəkildə qətlə yetirilib. Bu dəhşəti dövrün siyasətçiləri tərəfindən həyata keçirilən kollektiv bir təşəbbüs də adlandırmaq olar. Bütün əhali kollarda, tarlalarda, bataqlıqlarda, təpələrdə, dərələrdə və hər hansı şübhəli yerdə gizlənən tutsilərin ovuna qatılmaq üçün səfərbər edilmişdi. 100 günə qədər sürən bu qanlı hadisələr hutu tayfalarının üstünlük təşkil etdiyi hökumətin tutsilərin dəstəklədiyi üsyançı Ruanda Vətənpərvər Cəbhəsinin lideri Paul Kaqameyə sadiq qüvvələrin devrilməsi ilə başa çatıb. Amma qisas daha sonra da davam edib. Tutsilərin hücumları nəticəsində yüzminlərlə hutu qonşu Zairə (Konqo Respublikası) sığınıb. Eyni tayfalar - huti və tutsilərin qırğını orada da baş verib. O zaman nifrət, kin, qisas toxumları səpilirdi, genosid sanki bir ideologiya idi. Beynəlxalq təşkilatlar, bu qırğında rolu olanlar isə sadəcə kənardan müşahidə edirdilər. Bu mənada, mən deyərdim ki, onlar üçün insan hüquqları önəmli deyil".

Hazırda dünyada azad medianın, geniş sosial şəbəkələrin olduğunu qeyd edən Çarlz Kayonqa hələ də bu dəhşətli genosidin kifayət qədər gündəmə gətirilmədiyini bildirib: "Dünyada bu qədər azad və sosial media var, amma genosid gündəmə gətirilmir. Soyqırımı törədənlərin onu inkaretmə kampaniyası aparılır. Xüsusən də Qərb paytaxtlarına sığınan bir ovuc bloqçu və qeyri-müəyyən "akademiklərin" lobbiçilik, ictimaiyyətlə əlaqələr və vəkillik fəaliyyəti ilə məşğul olduğu sosial media bu fəaliyyəti böyütməyə davam edir".

Səfir hazırda Ruandanın insan haqlarına hörmət, dünyada və regionda sülhün bərpasının tərəfdarı olduğunu vurğulayıb: "Biz hüzurun, sülhün, inkişafın tərəfindəyik. Ağlasığmaz itkilərə, ağrılara, faciələrə məruz qalmalarına baxmayaraq, əzizlərinin qatillərini bağışlamaq mərhəmətinə, cəsarətinə malik olanların yanındayıq. Tələbimiz, mübarizəmiz bir daha soyqırımının olmaması üçündür. Biz insanlığa qarşı hər cür cinayətlərə, irqçilik, islamofobiya, ksenofobiya və ekstremist ideologiyaya qarşıyıq".


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22986
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14431
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
14131
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11361
Helikopterin qalıqları tapılıb
9016
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7998
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6997
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5177
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4805
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4247
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4095
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3841
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3549
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2807
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2079
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1621
Azərbaycan nefti ucuzlaşdı
1618
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1608
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1355