AZ

İndoneziya sahillərində ZƏLZƏLƏ OLUB

İndoneziyanın Yava sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 37,2 min nəfər əhalisi olan Bancar şəhərindən 85 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 54 kilometr dərinlikdə olub.

Bölgədə sunami təhlükəsi elan olunmayıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
3
Mənbələr
Şərh ()
Bağla