AZ

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub

Qayana, Surinam və Ekvadorun prezidentləri Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (“COP29”) dəvət olunublar.
Bunu “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanın adı çəkilən ölkələrdəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Novruzov yazıb.
Səfir qeyd edib ki, həmin ölkələrin səfirlərinə dövlət başçılarına çatdırılması üçün Prezident İlham Əliyevin adından dəvət məktubları təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
Mənbələr
Şərh ()
Bağla