AZ

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim olundu

Monteneqro Prezidenti Yakov Milatoviçə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim olunub.

Tehsil.biz xəbər verir ki, kitabı Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro dövlətinin başçısı ilə görüşündə təqdim edib.

Görüşdə regionda nəqliyyat xətlərinin açılması perspektivləri ilə bağlı danışan Azərbaycan parlamentinin sədri deyib ki, nəqliyyat və kommunikasiyaların bərpası bütün regiona fayda gətirəcək. Hazırda Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini bildirən S.Qafarova deyib ki, həmin ərazilərdə yeni şəhərlər, kəndlər salınır. O, Azərbaycanın etibarlı enerji təchizatçısı kimi Avropanın enerji təhlükəsizliyində rolu barədə də danışıb.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid etdiyini bildirən Prezident Yakov Milatoviç qeyd edib ki, bu, regionun inkişafına töhfə verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla