AZ

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib - FOTOLAR

27 aprel 2024-cü il tarixdə Xətai rayonu Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyətinin, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyin və Kəlağayı Muzeyinin birgə təşkilatçılığı ilə“Sazlı-sözlu Kəlağayı günləri” adlı layihə çərçivəsində keçirilən Kəlağayı Festivalına həsr olunmuş, konsert proqramı, milli atributlarımızı təbliğ edən master-klasslar və kəlağayı sərgisi təşkil olunub.

"Unikal" xəbər verir ki, festivalda Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə,  Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyin  sədri Güllü Eldar Tomarlı, tanınmış müğənnilər, aşıqlar, gənc müğənnnilər, rəqs qrupları, şəhid anaları, sakinlər iştirak ediblər.Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər festivalla bağlı fikirlərini bölüşüb, kəlağayıdan, onun tarixindən danışıblar. Qeyd olunub ki, kəlağayı nənələrimizdən bizə qalan mənəvi mirasdır. Kəlağayıya, əsrlərin sınağından üzüağ çıxıb gələn digər milli-mənəvi dəyərlərimizə diqqət, qayğı, onun yüksək səviyyədə təbliği, tanıdılması bu günkü və gələcək nəsillərin tərbiyəsində, Vətənini, millətini sevən nəsil yetişdirməkdə mühüm məsələdir. Kəlağayı 2014- cü ildə Azərbaycan Respublikasının  birinci vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri Maddi Mədəni İrs üzrə Peprezentativ siyahasına daxil edilib və beynəlxalq səviyyədə tanıdılmasına səbəb olub. Bu il bu əlamətdar hadisənin 10 illik yubileyidir. Bu münasibətlə Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, müxtəlif bölgələrdə  silsilə tədbirlər keçirilir və ilin sonuna qədər davam etdiriləcək.

Bədii hissə ilə davam edən festivalda rəsm əsərləri, əl işləri və kəlağayılar sərgilənib.

Belə tədbirlərin keçirilməsində məqsəd xalqımızın milli-mənəvi dəyərlərini gənc nəsillərə tanıtmaq, təbliğ etməkdir, adət-ənənələrimizin, sənətimizin, mədəniyyətimizin, mənəviyyatımızın yaşadılmasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18329
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12913
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10239
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4564
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4237
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3413
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3189
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2735
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2402
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2152
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1650
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1136
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1036
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1012
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1003
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
996
Mayın ilk gününün havası açıqlanıb
910
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
810
Arda dubl etdi - VİDEO
805