AZ

Qubada kəsici-deşici alətlər satan şəxslər saxlanıldı

Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan KONKRET.az-a verilən xəbərə görə, keçirilən tədbirlərlə kəsici-deşici alətlərin rayon ərazisində yerləşən mağazalarda satışını təşkil edən iki nəfər şəxs müəyyən olunaraq saxlanılıblar.

Onlardan xəsarət yetirmək təyinatına malik xeyli sayda kəsici-deşici alət aşkar olunaraq götürülüb.

Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
15
Mənbələr
Şərh ()
Bağla

Reytinq