AZ

"Onunla danışmışıq ki, mövsüm bitəndən sonra..."

"Azərbaycanı Avropada ən yaxşı formada təmsil etməkdən qürur duyacağıq və buna hazır olduğumuzu düşünürəm".

Sportinfo.az xəbər verir ki, bunu “report”a "Sabah"ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç deyib.

Gənclər Liqasında mövsümün sonuna 2 tur qalmış çempionluğunu təmin edən paytaxt təmsilçisinin çalışdırıcısı maraqlı futbol ilinə şahidlik etdiklərini bildirib:

“Bir çox fərqli rəqiblər var idi. Mən həm U-19-un baş məşqçisi, həm də akademiyanın koordinatoru idim.

Bir növ spesifik iş oldu. Çempionluq uzun müddətli işin nəticəsi olaraq gəlir.

Xoşbəxtik ki, komandadakı bir çox oyunçu akademiyadan gəlir. Bunda yaxşı skautinqin də rolu var”.

41 yaşlı xorvatiyalı mütəxəssis bəzi hədəflərinə çatdıqlarını söyləyib:

“U-19 liqasını qazanmaq və Akademiyanın hazırda olduğu situasiyanı nəzərə alsaq ortamüddətli hədəflərimizə çatmışıq. Hansı ki, 4 il əvvəl bunun üçün işə başlamışdıq.

Artıq klub spesifik bir nöqtəyə gəlib. Hədəflərimizi yeniləyə bilərik. Hansı ki bizi uzunmüddətli hədəflərimizə daha da yaxınlaşdıra bilər.

Təbii ki, uzunmüddətli hədəf mümkün olan ən yaxşı Akademiyaya çevrilmək və əsas komandaya futbolçular qazandırmaqdı”.

U-19-un baş məşqçisi Azərbaycanı UEFA Gənclər Liqasında layiqincə təmsil etmək istədiklərini deyib:

“Hər komanda Avropada çıxış etməyi arzulayır. Təbii ki, məsuliyyətimizi anlayırıq. Amma real yanaşsaq, bəzi oyunçularımız üçün bu, Avropada oynamaq baxımından ilk təcrübə olacaq.

Onlardan istəyimiz maksimumlarını ortaya qoymaq və Azərbaycanı ən yaxşı şəkildə təmsil etməkdir”.

A.Mustedanaqiç “Sabah”ın əsas komandasının heyətinə U-19-dan futbolçu göndərdiklərini bildirib:

“Artıq 3-4 oyunçu vermişik. Bəziləri əsas komandada məşq edir, bəziləri ehtiyatda olur.

Hətta meydana çıxanlar belə var. Bu, klubun strategiyasını göstərir.

Akademiya klubun və əsas komandanın planlarının daxilində deyilsə, U-19 Liqasını qazanmaq, yaxşı akademiya olmaq, əsas komandaya oyunçu vermək mümkün deyil.

Əsas komanda və akademiyanın aydın planı olduqda akademiya öz hədəflərini anlaya bilir. Əsas komandaya daha çox oyunçu qazandırmağı səbirsizliklə gözləyirik.

Gənc oyunçular “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç üçün çox maraqlıdırlar. Hətta bir neçə oyunu da izləməyə gəlib.

Bəzi futbolçular haqqında danışmışıq. 4 gənc oyunçunu məşqlərə dəvət edib. Təbii ki, indi mövsümün ən gərgin hissəsidi.

Amma danışmışıq ki, mövsüm bitəndən sonra gənc oyunçular barədə planlaşdırma aparaq".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17706
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12656
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10072
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4308
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3914
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3258
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3085
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2652
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2285
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2120
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1601
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1110
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1023
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
986
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
981
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
978
Mayın ilk gününün havası açıqlanıb
892
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
793