AZ

Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal QAZANDI

Yeniyetmələrdən ibarət taekvando üzrə Azərbaycan milli komandası Estoniyanın paytaxtı Tallinndə keçirilən Prezident kubokunda 6 medal qazanıb.

Bizim.Media Azərbaycan Taekvando Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günündə yığmamızın 6 idmançısı fəxri kürsüyə yüksəlib.

Yığmamızın heyətində bütün rəqiblərinə qalib gələn Novruz Əliyev (45 kq) qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Anar Abdullazadə (37 kq) və Çingiz Həsənov (53 kq) ikinci yeri tutublar. Gülay Əliyeva (44 kq), Gülnar Rəsulzadə (47 kq) və Sərxan Talıbzadə (65 kq) isə bürünc medalla kifayətlənib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
11
Mənbələr
Şərh ()
Bağla