AZ

"Bir qalanın sirri" Musiqili Teatrda açılacaq

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli bəstəkar, SSRİ Xalq artisti Rauf Hacıyevin musiqisi və yazıçı-folklorşünas Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” pyesinin motivləri əsasında rejissor Elməddin Dadaşovun səhnələşdirdiyi "Bir qalanın sirri" tamaşası hazırlanır.

525.az xəbər verir ki, uzun hazırlıq prosesindən sonra əsərin kino variantının səhnəyə köçürülməsi işini quruluşçu rejissor, böyük bəstəkarın ecazkar musiqisinin Musiqili Teratrın simfonik orkestrinə uyğunlaşdırması işini isə Əməkdar incəsənət xadimi, bəstəkar Ceyhun Allahverdiyev yerinə yetirib.

Hər kəsin illərdir sevə-sevə baxdığı tarixi filmin səhnə variantının bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir.



Filmin səhnə versiyasının ərsəyə gətirilməsinin böyük məsuliyyət olduğunu qeyd edən Elməddin Dadaşov bu barədə daha ətraflı məlumat verib:

“Yazıçı Məhəmmədhüseyn Təhmasibin qələmə aldığı "Çiçəkli dağ" pyesi 1935-ci ildə yazılıb. Əsasını xalq nağılları təşkil edən əsər ilk dəfə 1958-ci ildə kinorejissor Əlisəttar Atakişiyev tərəfindən ekranlaşdırılıb.

Tamaşa xalq zəkasını, el gücünün sarsılmazlığını, xalq qəhrəmanlarımızın rəşadətini nümayiş etdirən bir sənət əsəridir. Uşaqlar üçün yazılsa da, böyüklərin də maraq dairəsində olan bu əsərdə nağıllarımızın xüsusiyyətlərindən ustalıqla istifadə edilib.

Biz artıq 8 aydır ki, Musiqili Teatrda bu əsərin hazırlıq işlərinə və məşqlərinə başlamışıq. Bu müddət ərzində görkəmli bəstəkar Rauf Hacıyevin ecazkar musiqiləri orkestr üçün yenidən işlənilib və müəyyən nömrələri də bərpa etmişik.



Tamaşanın musiqi redaktoru bəstəkar, Ceyhun Allahverdiyev filimdən fərqli olaraq, tamaşada dahi bəstəkarın heç bir yerdə, hətta film üçün nəzərdə tutulsa da, filmdə belə səsləndirilməyən musiqi nümunələrinə də yeni həyat verib.

 Uğurlu yaradıcılıq laboratoriyasına tanınmış rejissor və böyük teatr təşkilatçısı Əliqismət Lalayevin rəhbərlik etməsi məsuliyyətimizi daha da artırır”.

Qeyd edək ki, tamaşanın quruluşçu dirijoru Səməd Süleymanlı, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissoru Zaur Əliyev, rəqslərin quruluşçusu Əməkdar artist Nigar Şahmuradova, geyim üzrə rəssamı Nübar Hüseynova, rejissor assistenti Tamilla Aslanovadır.

“Bir qalanın sirri”ndə döyüş şəhnələri Xalq artisti Pərviz Məmmədrzayevə həvalə olunub.

Səhnə əsərində Əməkdar artistlər Ələkbər Əliyev, Nadir Xasiyev, İqrar Salamov, Prezident mükafatçıları Səməd Xasiyev, Hüseyn Əlili, Əmrah Dadaşov, Mehriban Zaliyeva, aktyorlar Şaban Cəfərov, Elxan İsmayılov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Türkel Tariqpeyma, Elçin İmanov, Nicat Həbibov, Sübhan Rüstəmov, Cəbrayıl Cəbrayılov, Fərid Rzayev, Murad Əliyev, Əli Kərimov rol alıblar. Kütləvi səhnələrdə teatrın xor və balet artistlərinin çıxışları da nəzərdə tutulur.

























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12999
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10128
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8881
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2729
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2308
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2102
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1974
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1788
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1418
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1374
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
919
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
597
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
582
Arda Gülər dayanmır, yenə fərqləndi -
552
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
485
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
458
Azərbaycan nefti ucuzlaşdı
458
Arda dubl etdi - VİDEO
446