AZ

SDU rektoruna yeni müşavir təyin olunub

Sumqayıt Dövlət Universitetinə yeni rektor müşaviri təyin olunub.

Tehsil.biz xəbər verir ki, bu haqda “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

Məlumata görə, bu vəzifəyə 33 yaşlı Günay Kazımzadə gətirilib.

Günay Kazımzadə 2019-cu ildə Almaniyada süni zəka üzrə “İlin gənc tədqiqatçısı” seçilib. O, ”Mercedes-Benz Consulting” şirkətinin Süni intellekt üzrə baş məsləhətçisi, “Google” şirkətinin xanımlar üçün təsis etdiyi qrantın ilk azərbaycanlı qalibi olub. Eyni zamanda TED-də Süni Zəka üzrə çıxış edən ilk azərbaycanlı xanımdır. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
4
Mənbələr
Şərh ()
Bağla