AZ

BSU-da görkəmli oftalmoloq - alim akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib

Aprelin 25-də Bakı Slavyan Universitetində (BSU) da görkəmli oftalmoloq - alim akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyev çıxışında əməkdar elm xadimi, tibb elmləri doktoru, görkəmli oftalmoloq - alim akademik Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yoluna bir neçə istiqamətdə nəzərə salınacağını bildirib.
BSU-nun rektoru Anar Nağıyev akademik Zərifə Əliyevanın Azərbaycan elmində, ictimai-siyasi həyatında müstəsna yerə sahib olduğunu qeyd edib. Rektor akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində peşəkar mütəxəssis kimi təkcə Azərbaycanda deyil, qlobal səviyyədə tanınan peşəkar mütəxəssis möhürünü vurmuş şəxsiyyət olduğunu bildirib. Zərifə Əliyevanın həyat yoluna bir alim kimi nəzər saldıqda onun ən yüksək səviyyə-akademik səviyyəsinə gəlib çataraq ümumilikdə tibb elminin inkişafına verdiyi müstəsna xidmətlər kontekstində yad olunduğunu vurğulayıb. Anar Nağıyev Zərifə Əliyevanın bütövlükdə tibb elminin inkişafına verdiyi töhfələrin bundan sonrakı dövrlərdə də öz əhəmiyyətli nəticələrini verməkdə davam etməkdə olacağını qeyd edib. Rektor peşəkar tibb mütəxəssisi olan Zərifə Əliyevanın insanlıq üçün dəyərlər yaratmağı bacarmış, bu dəyərləri formalaşdırmış, həmin dəyərlər üzərində cəmiyyətin inkişafına öz töhfələrini vermiş şəxs olaraq Azərbaycan cəmiyyətinin böyük ictimai şəxsi kimi öyrənməyin vacibliyindən söz açıb. Zərifə Əliyevanın həyat yoldaşı kimi yaratdığı nümunədən danışan rektor dünyanı idarə edən ölkənin aparıcı şəxslərindən biri statusunda olan, Müasir Azərbaycan dövlətinin qurucusu missiyasını uğurla həyat keçirən Ulu Öndərin həyat yoldaşı kimi rolunun hər kəs üçün nümunə olduğunu deyib. A. Nağıyev Azərbaycanı yeni mərhələyə çıxaracaq dövlət rəhbəri yetişdirmək kontekstində Zərifə Əliyevanın fədakar və qayğıkeş ana obrazını özündə əks etdirdiyini diqqətə çatdırıb. Rektor Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 14 fevral tarixində andiçmə mərasimində müraciətləri içərisində qeyd etdiyi vacib məqamlardan birinin-gənclərin milli dəyərlər üzərində yetişdirilməsinin məhz akademik Zərifə Əliyevanın, Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə bağlılığının göstəricisi olduğunu bildirib. A. Nağıyev özündən sonra cəmiyyət üçün nümunə yaradan görkəmli akademik Zərifə Əliyevanın zəngin irsinin öyrənilməsi, nümunəvi həyat və fəaliyyətinin gənc nəsil arasında təbliğ edilməsinin əhəmiyyətini vurğulayıb. 
 Sonra AMEA-nın Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, filologiya üzrə fəlsəfə doktoru, türkoloq Güllü Yoloğlu “Həyat adlı sınağa sinə gərən zərif qadın” , Azərbaycan radiosunun “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Şəfəq Əlixanlı “Ömrün nur payı”, Tibbi biliklərin əsasları və Mülki müdafiə kafedrasının baş müəllimi Səadət Cahangirova “Diaqnostika və müalicə üzrə görkəmli alim və oftalmoloq”, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Afaq Nəsibova “Zərifə Əliyeva – Yüksək idealları özündə birləşdirən qadın” adlı məruzələrlə çıxış ediblər. Məruzələrdə Akademik Zərifə Əliyevanın zəngin irsindən, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlardan, görkəmli alimin mənalı ömür yolundan bəhs olunub. Nümunəvi ömür gün yoldaşı olan Zərifə Əliyevanın görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olduğu qeyd edilib. Zərifə Əliyevanın yaddaşlarda işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı kimi canlandığı vurğulanıb.
Tədbirdə həmçinin Təhsil fakültəsinin III tədris ili tələbələri İranə Şükürova İ.Səfərlinin “Ana” şeirini, Lamiə Həsənzadə və Nəzrin Vəlizadə X.Bəxtiyarın “Zərifə xanım” şeirini səsləndiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23376
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16273
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14564
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
12702
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11452
Helikopterin qalıqları tapılıb
9927
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7256
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6710
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5452
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5333
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5330
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4178
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4118
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3652
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2913
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2173
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1832
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1732
Azərbaycan nefti ucuzlaşdı
1712