AZ

Azərbaycan idmançısı İstanbulda iki gümüş medal qazanıb

Bakı, 27 aprel, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində ciu-citsu idman növünün Gi versiyası üzrə açıq Türkiyə çempionatı və No-Gi versiyası üzrə açıq Avropa çempionatı keçirilib.

Azərbaycan Ciu-Citsu Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışlarda ölkəmizi Elman Əsgərov (77 kiloqram) təmsil edib.

Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin əlbəyaxa döyüş üzrə baş məşqçi-müəllimi Rəsul Məmmədovun yetirməsi olan idmançı hər iki növdə qüvvəsini sınayıb.

İlk gündə finaldakı rəqibi önündə 11:0 hesabı ilə üstün olan idmançı görüşün bitməsinə 1 dəqiqə qalmış boğucu fəndə düşərək uduzub və gümüş medalla kifayətlənib.

Növbəti gündə Açıq Avropa çempionatında mübarizə aparan E. Əsgərov ikinci turda Bosniya və Herseqovinadan olan rəqibinə 5:0, üçüncü turda isə rusiyalı döyüşçüyə 5:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. O, həlledici döyüşdə livanlı idmançıya məğlub olaraq 2-ci yeri tutub.

Beləliklə, 45 ölkədən 500-dən çox idmançının iştirak etdiyi yarışda Elman Əsgərov iki gümüş medal qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
6
Mənbələr
Şərh ()
Bağla