AZ

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Ukraynanın müdafiəsi üzrə Təmas qrupunun “Ramştayn” formatı kimi tanınan iclasında ən önəmli prioritet Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi məsələsi olacaq. SİA xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin aprelin 26-da müdafiə nazirləri səviyyəsində keçirilən “Ramştayn” formatındakı iclasın açılışında bildirib.

“Biz xüsusilə Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə diqqət yetirəcəyik ki, Ukrayna öz səmasını həqiqətən də bağlaya bilsin. Bu, hazırda bizim üçün ən önəmli prioritetdir”, - L.Ostin qeyd edib.

Onun sözlərinə görə, Ukraynanın işğal olunmuş torpaqlarını azad edə bilməsi üçün daha çox artilleriya sisteminə ehtiyacı var.

Pentaqon rəhbəri söz verib ki, Qərb ölkələri Ukraynaya kömək etmək üçün əllərindən gələni edəcəklər.

O bildirib ki, son iki ildə Təmas qrupunun üzvləri Ukraynaya 70-dən çox orta və uzunmənzilli hava hücumundan müdafiə (HHM) kompleksi təhvil veriblər.

“3000-dən çox zirehli texnika, o cümlədən 800-dən çox döyüş tankı təmin etmişik. Habelə, Ukraynaya on minlərlə tank əleyhinə raket vermişik”,- Pentaqon rəhbəri deyib və əlavə edib ki, bu il Ukraynaya ilk olaraq, F-16 qırıcıları tədarük olunmağa başlayacaq.

“Hədiyyə olunan F-16 eskadronları Ukraynaya pilot və xidmət işçiləri ilə birlikdə gəlməyə başlayacaq”, - L.Ostin əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22994
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14431
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
14192
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11365
Helikopterin qalıqları tapılıb
9040
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7999
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7005
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5177
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4830
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4303
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4095
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3856
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3553
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2807
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2083
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1626
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1621
Azərbaycan nefti ucuzlaşdı
1619
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1355