AZ

Fransız futbolçu peyvənd zədələrinə görə Pfizer-i məhkəməyə verib

Oser"in və Fransanın gənclərdən ibarət futbol komandasının keçmiş yarımmüdafiəçisi Fransua-Xavier Fumou Tamuzo koronavirusa qarşı peyvənd hazırlayan Pfizer və BioNTech şirkətlərini məhkəməyə verib.

32gun.az bildirir ki, bu  barədə "France Bleu" məlumat yayıb .
29 yaşında təqaüdə çıxan futbolçu peyvəndi ilə ondan sonra aldığı bir neçə zədə arasında əlaqə yaratmaq istəyir. Eyni zamanda, Tamuzo özünün də bu əlaqənin mövcudluğundan əmin olmadığını vurğulayıb.
Fransız 2021-ci ilin yayında peyvənd olunub, bundan sonra o, diz vətərinin iltihabından və Axilles vətərinin qopmasından əziyyət çəkib. Futbolçu həkimlərlə əlaqə saxlayıb və həkimlər Tamuzonun zədələrinin peyvəndin yan təsirinin nəticəsi ola biləcəyini bildiriblər. İlk məhkəmə iclası iyulun 2-də Parisdə keçiriləcək.

Tamuzo Auxerre məzunudur. O, həmçinin Portuqaliyanın Maritimo klubunda oynayıb və onun son klubu Fransa ikinci divizionundan olan Laval komandası olub.
Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
2
Mənbələr
Şərh ()
Bağla