AZ

9 may günü spirtli içkilərin satışı məhdudlaşdırılacaq

Moskvada 9 May-Qələbə Paradının məşqi və keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışı məhdudlaşdırılacaq.


Bu barədə Moskvanın Mərkəzi İnzibati dairəsinin mətbuat katibi Yelena Sedina məlumat verib.


Onun sözlərinə görə, Qələbə Paradının məşqi və keçirilməsi zamanı paytaxtın iki mərkəzi küçəsində mağazalar və iaşə obyektləri bağlanacaq.


Mağazaların, kafelərin yay verandalarının və ictimai iaşə müəssisələrinin ticarət fəaliyyəti iki küçədə - Tverskaya küçəsində tam şəkildə, 1-ci Tverskaya-Yamskaya küçələri qismən məhdudlaşdırılacaq.


Hərbi texnikanın keçəcəyi ərazilərdə alkoqollu içkilərin, o cümlədən pivə və aşağı dozlı alkoqollu içkilərin, həmçinin şüşə qablarda sərinləşdirici içkilərin satışı tamamilə məhdudlaşdırılacaq./APA

Tarix: 26 Aprel 2024, 23:23   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
11
Mənbələr
Şərh ()
Bağla