AZ

Taksimdə terror törədən suriyalı qadına HÖKM OXUNDU - FOTO

Ötən il noyabrın 13-də PKK-nın təlimatı ilə İstanbulun İstiqlal prospektində terror aktı törədən suriyalı Əhlam Əlbəşirin məhkəməsi keçirilib.

Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə partlayıcı maddə yerləşdirən terrorçu qadın məhkəmə tərəfindən təqsirli bilinərək 1794 il həbs cəzasına məhkum olunub.

Həmin terror aktı ilə əlaqəli təqsirləndirilən Fatma Berkel və Ferhat Habeş isə 1035 il həbs cəzasına məhkum ediliblər.
Qeyd edək ki, İstanbulun Taksim meydanı yaxınlığında törədilən terror aktı nəticəsində 6 nəfər həlak olub, 99 nəfər yaralanmışdı.



Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
3
Mənbələr
Şərh ()
Bağla