AZ

 İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN – 1300025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur.Bu barədə Yeniavaz.com-a “Aquavita”da çalışan işçilər məlumat veriblər.Qeyd edək ki, daha əvvəl də ölkə mətbuatında bu barədə çoxsaylı məlumatlar dərc olunub. Aşağıdakı keçidlərə daxil olaraq onlardan bəziləri ilə tanış ola bilərsiniz:Hətta əmək haqqı ala bilmədikləri üçün şirkəti məhkəməyə verən işçilər də olub. Məsələn, ötən il “Tac” MMC-nin işçisi olmuş Qarayev Xasay Bəhrəm oğlu əmək haqqını ala bilmədiyi üçün Binəqədi Rayon Məhkəməsində iddia qaldırıb.Səslənən iddialarla bağlı məlumat almaq üçün “Tac” MMC-nin rəsmi saytında yer alan əlaqə telefonlarına zəng etsək də, şirkət əməkdaşları açıqlama verməkdən imtina etdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
5
Mənbələr
Şərh ()
Bağla