AZ

Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olunub - VİDEO

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində külli miqdarda narkotik vasitələrin daşınması və satışı ilə məşğul olmaqda şübhəli bilinən 1993-cü il təvəllüdlü Vüqar Dadaşlı saxlanılıb.   Bu barədə Daxili İşlər Nazirliyindən Manset.az-a bildirilib. Vurğulanıb ki, onun Nərimanov rayonunda yaşadığı mənzilə baxış zamanı oradan beş kiloqrama yaxın marixuana və elektron tərəzilər aşkar olunaraq götürülüb. Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. V.Dadaşlı barəsində məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
13
Mənbələr
Şərh ()
Bağla