AZ

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı. Trend:

Aprelin 26-da İqtisadi Zonaların İnkişafı Agentliyinin PeşəTəhsil Mərkəzi ilə “Holcim Azərbaycan” ASCarasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, Sənədi Peşə Təhsil Mərkəzinin direktoruKənan Bağırov və “Holcim Azərbaycan” ASC-nin başdirektoru Xalid Samaka imzalayıblar.

Memorandumda Peşə Təhsil Mərkəzi ilə “HolcimAzərbaycan” ASC arasında əməkdaşlıq əlaqələrininqurulması, tələbələrin və müəllimlərin şirkətin innovativlayihələrinə cəlb edilməsi, birgə elmi-tədqiqat işlərininaparılması üçün laboratoriyaların maddi-texniki bazasınıngücləndirilməsi, elmi-texniki və texnoloji problemləri əhatə edənyeni tədqiqatların aparılması və digər istiqamətlərdə əməkdaşlıqnəzərdə tutulub.

Həmçinin memoranduma əsasən Azərbaycanda ilk dəfə olaraqİqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi və“Holcim Azərbaycan” ASC-nin birgə təşkilatçılığıilə "Usta Mənəm!" müsabiqəsinin keçirilməsinə start verilir.500-dən çox ustanın iştirak edəcəyi müsabiqənin keçirilməsinə mayayından başlanılacaq və respublikanın müxtəlif bölgələrində təşkilediləcək. Müsabiqənin keçirilməsində məqsəd ölkənin ən yaxşı“Usta”sını seçmək, gənclər arasında hörgü peşəsini təbliğ etmək vəpeşə təhsilinin nüfuzunu yüksəltməkdir. Sonda birinci yerinsahibinə avtomobil hədiyyə ediləcək.

Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
8
Mənbələr
Şərh ()
Bağla