AZ

Paşinyan: Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir

\"Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O deyib ki, hakimiyyətin qarşısında Ermənistanın yaxın onilliklər ərzində mövcudluğu ilə bağlı həll edilməli olan vacib məsələ dayanır:

\"İndi ölkəmizdə həm yol, həm kənd, həm də ev problemləri var. Lakin həll etməli olduğumuz məsələ təkcə bunlarla məhdudlaşmır. Hakimiyyət Ermənistanın yaxın onilliklər ərzində mövcud olub-olmayacağı ilə bağlı suala cavab tapmalıdır. Bizim missiyamız son dərəcə önəmli olan bu mərhələni keçməkdən ibarətdir” – Ermənistan hökumətinin başçısı belə deyib.
 
///APA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
6
Mənbələr
Şərh ()
Bağla