AZ

Energetika naziri Biləsuvarda vətəndaşları qəbul edib

Bakı. Trend:

Aprelin 26-da energetika naziri Pərviz Şahbazovun Biləsuvarrayon Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı iləkeçirilmiş qəbul zamanı vətəndaşların elektrik enerjisi təchizatı,şəbəkəyə qoşulma, küçə işıqlandırması, kabellərin çəkilişi,enerjinin keyfiyyəti, elektrik veriliş xətlərinin mühafizə zonası,qurğu və avadanlıqların istismar vəziyyəti, təbii qaz təchizatı,qaz və elektrik enerjisi sərfiyyatına görə yaranmış borc vəcərimələr, həmçinin digər məzmunlu müraciətləri dinlənilib,qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlledilməsi üçün müvafiq tapşırıqlar verilib.

Qəbulda Biləsuvar rayonu ilə yanaşı, Bakı və Şirvan şəhərləri,həmçinin Lənkəran, Salyan və Cəlilabad rayonlarından olan 22vətəndaş iştirak edib.

Energetika
Energetika

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
5
Mənbələr
Şərh ()
Bağla