AZ

ABŞ-nin hər il insan haqlarına dair yayımladığı hesabatlar dünyada müəyyən əks səda yarada bilir-Əli Mustafa- ÖZƏL

"ABŞ-nin hər il insan haqlarına dair yayımladığı hesabatlar dünyada müəyyən əks səda yarada bilir. Əvvala bu onunla bağlıdır ki, dünyanın ən böyük və güclü dövlətlərindən biri olan ABŞ, dünyada ab-hava yarada biləcək hərbi-siyasi gücə və nüfuza malikdir".Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:"Digər tərəfdən isə o, demokratik görüntüyə, imicə sahibdir. Təbii ki, ABŞ-nin tərkibində insan haqları ilə bağlı nöqsanlar, neqativlər olsa da, hər halda bu istiqamətdə də avanqard olan dövlətlərdən biridir. Eyni zaman da bir şeyi də nəzərə almaq lazımdır ki, ABŞ, ümumiyyətlə demokratiya ilə yanaşı həm də böyük hərbi-siyasi gücə sahib olduğu kimi, dünyanın əksər bölgələrində siyasi maraqlara malikdir. Yəni bu maraqlarını bir çox hallarda təmin etmək üçün bu instrumentlərdən, demokratiya məsələlərindən, insan haqlarına dair məsələlərdən istifadə edib. Doğurdan da bu hesabatların yayılması həm onun nüfuzunu ortaya qoyur, həm də bu məsələrdən digər dövlətlərə qarşı istifadə edir. Hesab edirəm ki, insan haqları ilə hesabatların yayılması ABŞ-nin birbaşa vəzifəsi deyil. Heç bəlkə də, hüququ da deyil. Bunu normalda BMT aparsa, daha doğru olar. Bu, BMT-nin səlahiyyətlərinə daha uyğundur. Amma təəssüf ki, BMT bu məsələlərlə məşğul olmur. O ki qaldı məsələlərin obyektivliyinə, bu informasiyaların mötəbərliyinə, əlbəttə zaman-zaman burda da qərəzli, obyektiv olmayan informasiyalar olur. Təbii ki, obyektiv informasiyalar, doğru təsbitlər də olur. ABŞ və onun müttəfiqlərinin siyasi maraqlarına xidmət edən informasiyalar, qərəzli məlumatlar da qəbul edilir. Digər tərəfdən açığı ABŞ-nin belə hesabat yayması dövlətlər üçün sanksiyalar da doğurmur. Yalnız ola bilsin, ikitərəfli münasibətlərdə istifadə edilir. Bu baxımdan bunun nə qədər ciddi olduğuna yanaşma da vacibdir. Amma mən düşünürəm ki, burda başqa bir məqam da var. Əslində biz bilməliyik ki, bu cürə hesabatların hesablanmasında həmin ölkədə olan diasporların təsiri, təzyiqi, bəzən iştirakı ilə də obyektiv olmayan, qərəzli məlumatların olduğunu da müşahidə edirik. Bu baxımdan biz də mümkün imkanlardan istifadə etməliyik. Bir çox ölkələrdə, o cümlədən ABŞ-də də Azərbaycan diasporunun yaranmasına, formalaşmasına çalışmalıyıq ki, yeri gələndə bu cür məsələrə ilkin mərhələdə, necə ki ermənilər müdaxilə edə bilir, bəzən Azərbaycan əlehinə qərəzli məlumatların yayılmasına belə güclü dövlətlər vasitəsi ilə nail olurlar, biz də zamanında bu cür informasiyaları bloklaya bilək. Öz maraqlarımıza uyğun hansısa məqamların ictimailəşməsini təmin edək".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
45
Mənbələr
Şərh ()
Bağla