AZ

Dünya Bankı: Buğdanın qiyməti bir qədər də ucuzlaşacaq - YENİ QİYMƏTLƏR

Dünya Bankı (DB) 2024-2025-ci illər üçün buğdanın qiyməti üzrə proqnozunu yeniləyib.

Azərbaycanın xaricdən aldığı buğda 25% ucuzlaşıb- İDXAL 2 DƏFƏ AZALIB

FED.az xəbər verir ki, bu barədə  Dünya Bankının əmtəə bazarları ilə bağlı növbəti hesabatında bildirilir. 

    Hesabata əsasən, 2024-cü ildə 1 ton buğdanın qiyməti 290 dollar təşkil edəcək, bu da öncəki proqnoz göstəricisindən 45 dollar azdır.

    DB-nin proqnozuna əsasən, 2025-ci ildə 1 ton buğdanın qiyməti 285 dollar səviyyəsində olacaq ki, bu da öncə verilən proqnoz göstəricidən 35 dollar azdır.

    Belə ki, Bankın proqnozuna əsasən, 2024-cü ildə buğdanın qiyməti illik müqayisədə 14,8 % , 2025-ci ildə isə 1,7 % azalacaq.

    Qeyd olunur ki, 2023-cü ildə 1 ton buğdanın qiyməti 340 dollar olub, bu da 20,8 % azalma deməkdir. (Apa)

    Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    83
    3
    Mənbələr
    Şərh ()
    Bağla