AZ

Ötən ay əhali banklardan nə qədər depozit çəkib?

Bakı. Trend:

2024-cü ilin aprel ayının 1-nə Azərbaycanda fiziki və hüquqişəxslərin ümumi depozit portfeli 34 milyard 812.8 milyon manattəşkil edib.

Trend Azərbaycan MərkəziBankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi əvvəlkiayla müqayisədə 0.42% və ya 146,5 milyon manat azalıb.

Ötən ay əhali banklardan 135 milyon manatdan çox depoziti geriçəkib. Belə ki, cari ilin aprel ayının 1-nə fiziki şəxslərindepozitlərinin həcmi əvvəlki ayla müqayisədə 135.1 milyon manatazalaraq 12 milyard 868.5 milyon manat, hüquqi şəxslərindepozitlərinin həcmi isə 11.4 milyon manat azalaraq 21 milyard944.3 milyon manat təşkil edib.

Xatırladaq ki, bu ilin aprel ayının 1-də fiziki şəxslərindepozitləri ilin əvvəli ilə müqayisədə 286.3 milyon manat artıb,hüquqi şəxslərin depozitləri isə 23.6 milyon manat azalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
5
Mənbələr
Şərh ()
Bağla