AZ

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək

Bakı. Trend:

Naxçıvan şəhərində bu il aprelin 29-30-da AzərbaycanRespublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyinin təşkilatçılığı ilə “QHT-lərin IV İnkişaf və MübadiləProqramı” keçiriləcək.
Proqramda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 50-əyaxın QHT-dən təmsilçilər iştirak edəcək.

Trend xəbər verir ki, 2 gün ərzində davam edəcək təlimlərdə“Layihələrin məqsəd və vəzifələrinin müəyyən edilməsi”, “Layihətərəfdaşlarının, hədəf qrupları və benefisiarlarının təyin edilməsivə onların gözləntiləri”, “Layihənin icra planının hazırlanması” vəs. kimi mövzularda QHT-lərin bilik və bacarıqları artırılacaq,praktiki qrup işləri təşkil olunacaq. Təlimləri layihələrin tərtibiüzrə beynəlxalq dərəcəli ekspert aparacaq.

Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə Agentliyinsertifikatları təqdim olunacaq.
Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyi 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakışəhərlərində QHT-lərin İnkişaf və Mübadilə Proqramlarını icra edib,bu proqramlarda indiyədək 300-dən çox QHT iştirak edib.

Agentlik QHT-lərin ictimai faydalılığının yüksəldilməsi üçün QHTtəmsilçilərinin bilik və bacarıqlarının artırılması fəaliyyətinibundan sonra da davam etdirəcək.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
20
Mənbələr
Şərh ()
Bağla