AZ

Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB

Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB“Dubayda keçirilmiş COP28-ə Berlində baş tutan tədbirdən baxarkən demək olar ki, Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq”.Adalet.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts aprelin 26-da Berlində keçirilən “XV Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxışı zamanı deyib:“Yaşıl enerji ilə bağlı uzunmüddətli strategiyalar tətbiq olunur. Biz gələcəyin fürsətlərindən istifadə edərək məhz bu istiqamətdə işlərimizi görürük”.12:14“İqlim dəyişiklikləri ilə mübarizədə yeni yanaşmaya ehtiyac var”.Adalet.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts aprelin 26-da Berlində keçirilən “XV Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxışı zamanı deyib.Onun sözlərinə görə, Azərbaycan və Braziliya son nəticədə 2030-cu ilin sonlarınadək yeni enerji sistemləşdirməsinin təqdimatına qədər növbəti addımları atmağı özlərinə vəzifə kimi qoyublar:“Mən qitələr arasında əməkdaşlığın bu yeni formasını çox alqışlayıram. Bizim iqlim dəyişiklikləri ilə mübarizədə bir-birimizi dəstəkləməyimiz önəmlidir. Bizim dünyada iqlim dəyişiklikləri ilə mübarizədə yeni yanaşmaya ehtiyacımız var. Dünya ölkələri bu məsələdə birlik nümayiş etdirməlidirlər”./report

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
3
Mənbələr
Şərh ()
Bağla