AZ

“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Bakı. Trend:

Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024”tədbirinə qeydiyyat davam edir

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğuilə 15-16 may tarixlərində Bakıda keçiriləcək “GSMA M360 Eurasia2024” konfransında rəqəmsal dövrün ən aktual tendensiyalarıətrafında fikir mübadiləsi aparılacaq.

Tədbir rəqəmsal transformasiyanın gücü, süni intellektinmüxtəlif sahələrə təsiri, həmçinin yaşıl texnologiyalar kimi mühümmövzuların müzakirəsi üçün əla platforma rolunu oynayacaq.Konfransa qatılan beynəlxalq və regional ekspertlər, şirkətrəhbərləri və region üzrə tənzimləyici qurumların nümayəndələri buproseslərin sürətləndirilməsi üçün bazar iştirakçılarının birgəfəaliyyətinin əhəmiyyətini bir daha vurğulayacaqlar.

“M360 Eurasia 2024” çərçivəsində süni intellektin rəqəmsaldünyanın bütün sahələrində geniş tətbiqi, onun innovasiya üçünaçdığı yeni perspektivlər barədə danışılacaq. Eyni zamanda, butexnologiyanın məlumat məxfiliyi və təhlükəsizliyin təmin edilməsikimi istiqamətlərdə yaratdığı çağırışlar da müzakirə olunacaq. Bukeçidin həm biznes, həm də cəmiyyət üçün ən faydalı şəkildəreallaşdırılması yolları ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbirdə Rəqəmsal DNT (Digital DNA) mövzusu çərçivəsində yenidövrdə uğur əldə etmək üçün lazımlı bacarıq və qabiliyyətlər,rəqəmsal savadlılığın artırılması üçün sektorlar arası əməkdaşlığınvacibliyi gündəmə gətiriləcək.

COP29 ərəfəsinə təsadüf edən bu konfransda ətraf mühit, sosialvə idarəetmə (ESG) prinsipləri haqqında da danışılacaq. Busessiyada rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətininbir-birinə təsiri, dayanıqlı inkişaf və sıfır karbon emissiyaməqsədlərinə nail olmaq üçün bütün sektorlar arasında qarşılıqlıəməkdaşlığın əhəmiyyəti vurğulanacaq. Qlobal telekommunikasiyaliderlərinin bu hədəfə çatmaq üçün gördüyü işlər, rəqəmsalinnovasiyaların ətraf mühitin dayanıqlığına verdiyi töhfə barədədanışılacaq.

Tədbirdə telekommunikasiya şirkətlərinin innovativ B2B həllərivasitəsilə bizneslərin rəqəmsallaşma prosesinə müsbət təsiri, onlarüçün yaratdığı yeni gəlir istiqamətləri gündəmə gətiriləcək. Dəvətolunan məruzəçilər arasında AWS, e&, Google, Microsoft və s.kimi böyük şirkətlərin nümayəndələri var.

Qeyd edək ki, ötən il Bakıda baş tutan M360 tədbirində dünyanın29 ölkəsindən nümayəndələr iştirak edib. Bu il də konfransda geniştəcrübəyə malik sənaye liderlərinin bir araya gəlməsigözlənilir.

“JW Marriott Absheron Baku” mehmanxanasında baş tutacaq tədbirdəiştirak etmək istəyən hər kəs GSMA M360 Eurasia səhifəsində qeydiyyatdan keçə bilər.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
16
Mənbələr
Şərh ()
Bağla