AZ

Mahir Emreli cüdoçumuza forma bağışladı – FOTO 

Mahir Emreli Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında iştirak edən cüdo yığmamızın düşərgəsinə baş çəkib. 

Bizim.Media xəbər verir ki, Zaqreb "Dinamo"sunda çıxış edən azərbaycanlı futbolçu Hidayət Heydərovla görüşüb. 

Mahir cüdo üzrə 3 qat Avropa çempionuna "Dinamo"nun formasını hədiyyə edib. O, cüdoçularımıza qitə çempionatında uğurlar arzulayıb. 

Qeyd edək ki, Emreli zədə üzündən uzun müddətdir Zaqreb klubunun əsas heyətindən kənarda qalıb.


Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
4
Mənbələr
Şərh ()
Bağla