AZ

Sərhəd dirəkləri irəliləyir...

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-dək 20 sərhəd dirəyi quraşdırılıb. İki dövlətin ekspert qruplarının işi davam edir.
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respubli­kası arasında dövlət sərhədinin delimi­tasiyası üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respub­likası arasında dövlət sərhədinin de­limitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan Respub­likası Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldə edilmiş razı­laşmalara müvafiq olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respub­likası sərhədində iki ölkənin ekspert qrupları ərazidə geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdiril­məsi prosesinə başlayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
4
Mənbələr
Şərh ()
Bağla