AZ

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Rusiyalı kosmonavtlar Oleq Kononenko və Nikolay Çub Beynəlxalq Kosmik Stansiyanın (BKS) xarici səthində təmiri başa çatdıraraq stansiyaya qayıdıblar. SİA xəbər verir ki, bortdankənar təmirin 7 saata bitəcəyi gözlənirdi. Lakin kosmonavtlar işi vaxtından əvvəl – 4 saat 36 dəqiqəyə başa çatdıra biliblər.

Bu müddət ərzində kosmonavtlar radiolokator və digər avadanlıqları təmir edə biliblər. Hər 2 şəxs stansiyanın daxilinə qayıdıb və özünü yaxşı hiss edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
3
Mənbələr
Şərh ()
Bağla