AZ

Gürcüstan müxalifəti mitinq elan etdi

Aksiyada 126 ictimai təşkilat və media qurumunun iştirakı nəzərdə tutulub. Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı müxalifət partiyalarının birgə bəyanatında məlumat verilib.Elanda bildirilir ki, Mitinq aprelin 28-də saat 19:00-da Respublika meydanında keçiriləcək.Çağırış bəyanatında deyilir ki, ictimai təşkilatlar və media qurumları hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq hakimiyyətlə əməkdaşlığı dayandırır.Məlumat üçün qeyd edək ki, Gürcüstan hökuməti və hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası da aprelin 29-na ümumrespublika mitinqi elan edib. Hakimiyyətin mitinqində 100 mindən çox insanın iştirakı planlaşdırılır. (Modern.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
13
Mənbələr
Şərh ()
Bağla