AZ

Azərbaycanlı hakim Fatih Terimin komandasının oyununda

Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan Super Liqası oyununu idarə edəcək.

İdman.biz xəbər verir ki, FIFA dərəcəli referi 34-cü turun “Panatinaikos” - “Aris” matçına təyinat alıb.

Çempionluq qrupunda baş tutacaq oyunda Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü funksiyasını yerli Fotis Poliçronis yerinə yetirəcək. VAR-da isə Andrea Fotopulos və Kamal Umudlu olacaqlar.

“Panatinaikos”a türkiyəli mütəxəssis Fatih Terim başçılıq edir. Onun komandası 71 xalla 2-ci, “Aris”49 xalla 5-ci pillədə qərarlaşıb. Aprelin 28-də keçiriləcək görüş saat 21:30-da start götürəcək.

Qeyd edək ki, Yunanıstan Futbol Federasiyasının qərarına əsasən yüksək yerlər uğrunda yarışan komandaların oyunlarını əcnəbi hakimlər idarə edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
4

1Mənbələr

Şərh ()
Bağla