AZ

Azərbaycanlı hakim Fatih Terimin komandasının oyununda

Bakı. Trend:

Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan Super Liqası oyununuidarə edəcək.

Trend İdman.biz-əistinadən xəbər verir ki, FIFA dərəcəli referi 34-cü turun"Panatinaikos" - "Aris" matçına təyinat alıb.

Çempionluq qrupunda baş tutacaq oyunda Ağayevə yan xətthakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncüfunksiyasını yerli Fotis Poliçronis yerinə yetirəcək. VAR-da isəAndrea Fotopulos və Kamal Umudlu olacaq.

"Panatinaikos"a türkiyəli mütəxəssis Fatih Terim başçılıq edir.Onun komandası 71 xalla 2-ci, “Aris”49 xalla 5-ci pillədəqərarlaşıb. Aprelin 28-də keçiriləcək görüş saat 21:30-da startgötürəcək.

Qeyd edək ki, Yunanıstan Futbol Federasiyasının qərarına əsasənyüksək yerlər uğrunda yarışan komandaların oyunlarını əcnəbihakimlər idarə edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
4

1Mənbələr

Şərh ()
Bağla