AZ

ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək - Peskov

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.

ABŞ-nin Ukraynaya silah göndərməsini qiymətləndirən Peskov: "Münaqişə bölgəsindəki vəziyyət çox mənalı və aydındır. Bununla belə, yəqin ki, hazırlanan bütün yeni silah partiyalarının cəbhədəki vəziyyəti dəyişməyəcəyini söyləməkdən yorulmuruq", - deyib.

Rusiya Prezidenti Vladimir Putinin daha əvvəl “Ukraynada təhlükəsiz zona yaradılması lazım olduğunu” ifadə etdiyinə diqqət çəkən Peskov, bununla bağlı heç bir dəyişiklik olmadığını vurğulayıb.

Mətbuat katibi Peskov Ukraynaya uzaqmənzilli raket sistemlərinin tədarükü ilə bağlı sualı şərh etməyəcəyini və bunun Rusiya Silahlı Qüvvələrinin üzərinə düşdüyünü bildirib.

Malik Atilay 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
Mənbələr
Şərh ()
Bağla